Bəzi avtobusların hərəkət sxemində dəyişiklik edilib – XƏRİTƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi avtobusların hərəkət sxemində dəyişiklik edilib – XƏRİTƏ

09:20 - 23 / 05 / 2019
Bəzi avtobusların hərəkət sxemində dəyişiklik edilib – XƏRİTƏ

Bu gündən 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

1news.az-ın Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi xəbərə görə, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

1news.az

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər