Akademik Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edir

16:38 - 24 / 05 / 2019
Akademik Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir.

Tetarın mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, müsabiqə aşağıdakı sənətlər üzrə aparılır.

- Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi)

- Xor artisti

- Orkestr ifaçılığı

- Xoreoqrafiya sənəti          

Müsabiqənin şərtləri:

- Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

- Sənədlərin qəbulu 01 iyul 2019-cu ilə qədər davam edəcək.

Tələb olunan sənədlər:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali  məktəbdən arayış)

- Əmək kitabçasının surəti

- Tərcümeyi-hal

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

- 2 fotoşəkil (3x4)

- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri

Əlaqə telefonları:

Kadrlar şöbəsi:    (012) 493 88 37 (daxili nömrə: 194)

Qəbul otağı:         (012) 498 13 21

E-mail ünvanı:      [email protected]

1news.az

Paylaş:
1079

Son xəbərlər

Bütün xəbərlər