Malayziya səfirliyində başsağlığı kitabı açılıb | 1news.az | Xəbərlər
Siyasət

Malayziya səfirliyində başsağlığı kitabı açılıb

12:58 - 24 / 05 / 2019
Malayziya səfirliyində başsağlığı kitabı açılıb

Malayziyanın Bakıdakı səfirliyində bu ölkənin sabiq kralı və indi hakimiyyətdə olan monarxın atası, Pahanq ştatının sabiq vəliəhd-hakimi Sultan Əhməd Şah Əl-Musta-İn ibni Əl-Məhrumın vəfatı münasibətilə başsağlığı kitabı açılıb.

Bu barədə 1news.az-a Malayziyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Sabiq kral mayın 22-də 88 yaşında vəfat edib Kuala-Lumpur Milli Ürək İnstitutunda  vəfat edib. O, mayın 23-də dəfn edilib.

Onun vəfatı ilə əlaqədar Pahanq ştatında bütün vətəndaşlar üçün 40 gün, kral ailəsinin üzvləri üçün isə 100 günlük matəm elan edilib.

Sultan Əhməd Şah Malayziya ştatlarının doqquz vəliəhd-hakimindən biri idi və 1979-1984-cü illərdə Malayziyanın kralı olub. Malayziya dövlət quruluşuna görə federativ konstitusiyalı monarxiyadır.

2019-cu ilin yanvarında səhhətinin pisləşməsi ilə əlaqədar Sultan Əhməd şah Pahanq sultanlığının taxtından imtina edib. Taxta onun ikinci oğlu, rəsmi vəliəhd Abdulla Riyatuddin Əl-Mustafa çıxıb.

Sultan Abdulla 2019-cu il yanvarın 31-də Malayziyanın kralı seçildikdən sonra II Abdulla adı ilə kral taxtına sahib olub.

P.Sultanova

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər