Makronun İlham Əliyevə məktubu: Tezliklə Bakıda görüşəcəyimizə ümid edirəm | 1news.az | Xəbərlər
Rəsmi

Makronun İlham Əliyevə məktubu: Tezliklə Bakıda görüşəcəyimizə ümid edirəm

16:26 - 29 / 05 / 2019
Makronun İlham Əliyevə məktubu: Tezliklə Bakıda görüşəcəyimizə ümid edirəm

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti  İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, eləcə də rifah və xoşbəxtlik arzularımı çatdırıram.

Əmin ola bilərsiniz ki, Azərbaycan, Fransa və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsini, xüsusilə Sizin və Birinci vitse-prezidentin, bildiyim qədər, yaxından diqqət yetirdiyiniz səhiyyə və ətraf mühit sahələrində qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə təşəbbüslərimizin daha çox olmasını görmək arzusundayam.

Həmçinin icazə verin, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın qətiyyətli, tam və qərəzsiz öhdəliyini bir daha vurğulayım.

Cənab Prezident, məmnuniyyətlə Bakıda tezliklə yenidən görüşəcəyimizə ümid edir, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1news.az

Paylaş:
698

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər