İlham Əliyev: Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur

12:57 - 29 / 05 / 2019
İlham Əliyev: Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur

Prezident İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi Bakı şəhərində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibətilə salamlayır, hamınıza cansağlığı və ölkələrinizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Artıq böyük nüfuza malik ənənəvi tədbiriniz təşkil olunduğu ilk vaxtlardan bəri keçən müddətdə ölkəmizin neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin beynəlxalq aləmə çatdırılmasında aparıcı platformaya çevrilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və gerçəkləşdirilmiş neft strategiyasının təməl daşı olan “Əsrin Müqaviləsi”nin 25-ci ildönümünə təsadüf etməsi builki sərgi və konfransın əhəmiyyətini daha da artırır.

Bu il ölkəmizin neft sənayesi tarixində daha bir hadisə ilə əlamətdardır. Yetmiş il əvvəl, 1949-cu ildə məhz Bakıda əfsanəvi Neft Daşlarında ilk dəfə olaraq açıq dənizdə neft hasilatına başlanılması ilə dünya neftçıxarma sənayesi yeni dövrə qədəm qoymuşdur.

İndi Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında layiqli yer tutur. Sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayan respublikamızın dinamik inkişafı nəticəsində əldə etdiyimiz nailiyyətlər milli iqtisadiyyatı şaxələndirməklə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişlərə gətirib çıxarmışdır.

Ölkəmiz bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Biz üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirməklə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışıq. Dünya neft sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan, həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir.

Ötən il Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi olmuş, daha sonra TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilmişdir. Layihənin icrası müstəqillik illərində enerji strategiyamızın ən yaddaqalan uğurlarındandır. TANAP eləcə də ölkəmizin iqtisadi qüdrətini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu aydın şəkildə nümayiş etdirdi. Əminəm ki, yaxın zamanda “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinin tamamlanması ilə böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” də icra edilmiş olacaqdır. Bu isə bizə imkan yaradacaqdır ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına şaxələndirilmiş yolla qısa və təhlükəsiz şəkildə çatdırılsın.

İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və konfransınız aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir”.

S.Xankişiyeva

 

Paylaş:
595

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər