İnsanların ən çox satın aldığı avtomobillər – SİYAHI
Ötən il dünyada ən çox satılan avtomobil markası “Volkswagen” olub.
Yeniavaz.com avtomobil şirkətlərinin illik maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə bütün dünyada 10 milyon 900 min ədəd “Volkswagen” markalı avtomobil satılıb.
“Volkswagen”dan sonra dünyada ən çox satılıan avtomobil markası “Toyota” olub. İl ərzində alıcılara 10 milyon 600 min “Toyota” təqdim olunub.
Bunlardan başqa ən çox satılan avtomobillərin ilk 10-luğuna aşağıdakı markalar daxil olub.
1. “Volkswagen” – 10,9 milyon
2. “Toyota” – 10,6 milyon
3. “General Motors” – 8,38 milyon
4. “Ford” – 6 milyon
5. “Nissan” – 5,52 milyon
6. “Honda” – 5,32 milyon
7. “Fiat Chrysler” – 4,84 milyon
8. “Renault” – 3,88 milyon
9. PSA – 3,88 milyon
10. “Suzuki” – 3,33 milyon
1news.az