XİN Polşa vətəndaşının adını “qara siyahı”dan çıxarıb | 1news.az | Xəbərlər
Siyasət

XİN Polşa vətəndaşının adını “qara siyahı”dan çıxarıb

12:20 - 30 / 05 / 2019
XİN Polşa vətəndaşının adını “qara siyahı”dan çıxarıb

Polşa Respublikasının vətəndaşı Piotr Leoniak Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Piotr Leoniak müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib.

Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

S.Xankişiyeva

 

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər