Bakıdan - Şarm əl Şeyxə birbaşa reyslər başlayır - TARİX

İyulun 18-dən başlayaraq hər həftənin cümə axşamı Bakıdan-Şarm əl Şeyxə birbaşa reyslər həyata keçiriləcək.
1news.az-a Misirin Bakıdakı səfirliyinən verilən məlumata görə, uçuşları “Sunday Airlines” brendi adı ilə Scat aviaşirkətinin rahat və komfortlu Boeing 757 – 200 avialayneri yerinə yetirəcək.
Turların müddəti – 7 gecədən 14 gecəyə qədər davam edir.
Cəmi üç saatlıq uçuş zamanı şirkət sizə soyuq qəlyanaltılar və alkoqolsuz içkilər təklif edir.
Misirdə turistləri qonaqpərvər “Selfie Travel Egypt” şirkəti qarşılayır.
Misir səyahət və istirahət üçün il boyu əlverişlidir. Şarm əl Şeyxə məxsus yüngül dəniz küləyi və az rütubətli hava şəraiti yayın çox yüngül keçməsinə kömək edir. Açılan yeni marşurutda turistləri günəş və çimərlik istirahəti ilə yanaşı, cəlbeici qiymətlər də maraqlandıracaq.
Yayda Misirdə istirahət etməyin müsbət tərəfləri:
- Tam qidalanma
- Əyləncə infrastrukturunun geniş seçimi
- Dolğun ekskursiya proqramı
- Gözəl Qırmızı dənizin əsrarəngiz sualtı dünyası
- Digər yay marşrutları ilə müqayisədə qənaət və fayda
- Yüksək səviyyəli təhlükəsizlik
Şarm Əl-Şeyxə turlarını istənilən Bakıda yerləşən turizm agentliklərindən sifariş edə bilərsiniz.
Turizm şirkətlərinin Şarm əl Şeyx – Bakı istiqaməti ilə əməkdaşlıq haqda ətraflı məlumat əldə etmələri üçün Baş agent olan Gerso Travel ilə +994 55 819 88 37 əlaqə saxlaya və ya http://gersotravel.com saytından qeydiyyatdan keçə bilərlər
P.S.