Bakı metrosunda dəhşət: özünü qatarın altına atdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda dəhşət: özünü qatarın altına atdı

10:28 - 31 / 05 / 2019
Bakı metrosunda dəhşət: özünü qatarın altına atdı

Metronun “28 May” stansiyasında intihar hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, qatarın gəlişini gözləyən şəxsiyyəti məlum olmayan şəxs özünü relslərin üzərinə atıb. Məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. 

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında faktı təsdiq edib. Onun sözlərinə görə, relsin üzərinə düşən qadın 1965-ci il təvəllüdlü Asya Əmirovadır.

“Qadın xilas olunub, vəziyyəti normaldır. Hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək”- deyə, B.Məmmədov qeyd edib.

1news.az

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər