Körpələrə  Fəqir, Aylar, Kələş, Qızılquş, Qəsidə, Qətl kimi adların qoyulmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Körpələrə  Fəqir, Aylar, Kələş, Qızılquş, Qəsidə, Qətl kimi adların qoyulmasının qarşısı alınıb

16:40 - 03 / 06 / 2019
Körpələrə  Fəqir, Aylar, Kələş, Qızılquş, Qəsidə, Qətl kimi adların qoyulmasının qarşısı alınıb

“May ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 70 müraciətə baxılıb”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 42 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.

Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən övladlarına İşbilir, Xunkar, Lili, Xublar, Çaymaz, Ahilə, Cicəbacı, Fəqir, Aylar, Cəzb, Aliza, İttifaq, Əhdiyyə, Bəkapa, Aykul, Zeyna, Uruzar, Köntoy, Kələş, Qızılquş, Qəsidə, Qətl adlarının qoyulması qadağan edilib. Valideynlər bu adlarla öz uşaqlarına fərqli bir ad seçdiklərini düşünürlər”.

S.Xankişiyeva

 

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər