Aİ-nin xüsusi nümayəndəsi bu gün Bakıya gəlir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycana gəlir.
Bu barədə 1news.az-a Aİ-dən məlumat verilib.
Klaar Bakıda ölkə rəsmiləri ilə keçiriləcək görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Aİ nümayəndəsinin Bakıya sonuncu səfəri cari ilin mart ayında olub.
P.Sultanova
721