Dünyanı Azercell ilə səyahət et!
Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir.
Rominq zamanı internet xidmətindən istifadəni abunəçiləri üçün daha əlçatan və rahat etməyi hədəfləyən Azercell, müştərilərinin xaricdə faydalana biləcəyi yeni Aylıq Rominq İnternet Paketini təklif edir. Beləliklə, artıq Azercell abunəçiləri 39.90 AZN ödəməklə 3 GB həcmində Aylıq Rominq İnternet Paketlərindən yararlana biləcəklər.
Qeyd edək ki, Azercell abunəçiləri Günlük 100 MB həcmində Rominq İnternet Paketini 3.90 AZN, 3 günlük 400 MB həcmində Rominq İnternet Paketini 9.90 AZN və 14 günlük 1 GB həcmində Rominq İnternet Paketini 19.90 AZN ödəməklə sifariş edib, gözlənilməz internet xərclərinin qarşısını almaq fürsətindən istifadə edə bilərlər.
Azercell-in Rominq İnternet paketləri dünyanın 53 ölkəsində fəaliyyət göstərən 80 operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ, Çin, Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan və Moldova kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac duymadan, istənilən şəbəkədə internet xidmətindən istifadə etmək imkanına malikdirlər.
Dünyanı Azercell-in ən sərfəli Rominq İnternet Paketləri ilə səyahət edin! Sizə ən uyğun Rominq İnternet Paketini seçib, bu yay rominqdə Azercell-lə onlayn olun!
Daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi(*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Reklam hüququnda