Cəbhədə gərginlik davam edir: düşmən mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Cəbhədə gərginlik davam edir: düşmən mövqelərimizi atəşə tutub

11:04 - 06 / 06 / 2019
Cəbhədə gərginlik davam edir: düşmən mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Babək Cahandarov

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər