Elçin Əhmədov: Fransa məhkəməsinin qanunsuz sənədin ləğvi Azərbaycan rəhbərliyinin apardığı uğurlu siyasətin nəticəsidir

Fransanın Val-d’Oise departamentinin İnzibati Məhkəməsi qondarma Dağlıq Qarabağ separatçıları ilə Arnuvul şəhəri arasında imzalanan “dostluq xartiyasını” ləğv edib.
“Sənəd” Fransanın Arnuvul şəhərinin meri Paskal Doll ilə hazırda ermənilər tərəfindən işğal olunmuş Azərbaycanın Xocavənd rayonunun rəhbəri arasında imzalanıb.
Bu qərarla Arnovil merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirli bilinib.
Xatırladaq ki, “Dostluq xartiyası” 2018-ci ilin oktyabrında Arnovil meri Paskal Doll və Azərbaycanın işğal altındakı Xocavənd rayonu yaşayış məntəqəsindəki separatçıların rəhbəri Mxitar Manqasaryan arasında bağlanmışdı.
Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı Səfirliyinə rəsmi şəkildə etiraz bildirmiş və səfir XİN-ə çağırılmışdı.
Məsələ ilə əlaqədar olaraq 1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov danışıb.
Onun sözlərinə görə, Ermənistan bununla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin tanınmasına nail olmağa çalışır:
“Bir tərəfdən bu, “nümayəndələrin” xaricə, misal üçün, Brüssel, Vaşinqton və ya Moskvaya qanunsuz səfərləri vasitəsilə həyata keçirilir. Digər tərəfdən də Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər və ya qanunsuz tədbir təşkil edir. Bütün bunlar separatçı rejimin müstəqil olduğu görünüşünü yaratmaq məqsədini daşıyır.
Nümunə üçün, Fransanın Sent-Etyen şəhər merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini xatırlayaq. Azərbaycanın Dağlıq Qarabağ icması hətta Sent-Etyen şəhər merinə müraciət də ünvanladı. Həmin vaxt Sent-Etyenlə Azərbaycanın işğal olunmuş şəhəri Şuşa arasında “dostluq haqqında razılaşma” imzalanır. Fransa şəhərləri ilə separatçı rejim arasında imzalanan bu cür “sənədlər” çoxdur. Bu, Fransada güclü erməni lobbisinin movcudluğunun sübutudur.
Fransanın Arnuvil şəhərinin meri Paskal Doll ilə hazırda ermənilər tərəfindən işğal olunmuş Azərbaycanın Xocavənd rayonunun rəhbəri arasında imzalanmış “Dostluq haqqında xartiya” da bunlardan biridir. Azərbaycan tərəfi dəfələrlə Fransaya bu məsələ ilə bağlı etirazını bildirib.
Mayın 29-da məhkəmə prosesi sona çatıb və cari ilin iyunun 4-də bu sənədin ləğvi ilə bağlı qərar qəbul olunub. Bu da erməni lobbisinin daha güclü olduğu Fransada belə həqiqətləri daha yaxşı anladıqlarını göstərir. Fransanı təsadüfi xatırlatmadım. Bilirsiniz, işğal olunmuş ərazilərə səfər edənlərin 40%-i məhz ATƏT-in Minsk qrupu həmsədr-ölkələrinin, həmçinin Fransa vətəndaşlarıdır”.
Onun sözlərinə görə bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etməsindən irəli gəlir:
“BMT-də çıxış edən zaman Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının tanınmasına nail olduq. Dünyada heç bir dövlət Ermənistan tərəfindən işğal olunaraq Azərbaycan ərazilərində hərbi güc hesabına yaradılmış separatçı rejimi tanımadı.
Buna görə də, separatçı rejimin nümayəndələri tərəfindən imzalanmış hər hansı bir sənəd qanunsuzdur və heç bir hüquqi əhəmiyyət daşımır. Bu sənədin ləğvi Azərbaycan hökumətinin apardığı uğurlu siyasətin nəticəsidir.
Bu cür addımların Dağlıq Qarabağ münaqişəsini nizamlanması vasitəçisi kimi Fransanın rolunu şübhə altına salaraq, həmçinin Azərbaycan-Fransa dostluq münasibətlərinə və etibarına zərbə endirdiyini dəfələrlə Fransaya bəyan etmişik.
Həmçinin Azərbaycan prezidentinin Fransaya səfərini və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın siyasi xarakterli görüşlərini də vurğulamaq yerinə düşər. Fransada “Azərbaycan Evinin” açılışını, eyni zamanda Heydər Əlyev Fondunun bu istiqamətdə digər işlərini xatırlayın. Bu cür görüşlərdə, bu cür tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu və Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.
Azərbaycan tərəfindən aparılan uğurlu siyasət artıq öz bəhrəsini verməyə başlayıb. Bu cür məsələlər qanun səviyyəsinə qalxdıqda hər şey aydın olur ki, bunların istər ölkənin daxili qanunvericiliyinə, istərsə də beynəlxalq hüququn fundamental prinsiplərinə ziddiyətini göstərir. Hazırki vəziyyətdə Fransa məhkəməsini yuxarıda qeyd olunmuş “sənədin” ləğvi ədalətli qərarın olduğunun bariz nümunəsidir.
Ümid edək ki, bu, Azərbaycanın işğal olunmuş regionlarına qarşı digər qanunsuz addımların da qarşısını alacaq”.
E.Əhmədov qeyd edib ki, ermənilər Azərbaycana qarşı yüz ildən artıq təbliğat aparıblar:
“Ermənistan uzun illərdir bu istiqamətdə işlərini aparır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistanın işğalı ilə qarşılaşdı. Həmin dövrlər ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə xaos hökm sürürüdü.
Son zamanlar ölkəmizin iqtisadi və hərbi gücü artıb, həmçinin beynəlxalq arenada da nüfuzumuz artıb. Qafqaz iqtisadiyyatının 80%-ni Azərbaycan formalaşdırır. Ermənilər bütün vacib hadisələrdən təcrid olunublar. Hazırda Azərbaycanla Ermənistanı müqayisə etmək gülüncdür. Bir zamanlar maraqlarımıza zidd olaraq işğal olunmuş ərazilərimizlə bağlı qəbul edilmiş qərarlar hazırda kağız yığınından başqa bir şey deyil”.
Bir zaman gələcək bu sənədlər Ermənistanın özünə qarşı işləyəcək. Bilirsiniz, ermənilərin anti-Azərbaycan kampaniyalarını ciddi şəkildə ifşa etməyə başlamışıq.
Azərbaycan tərəfindən aparılmış siyasətin nəticəsi olaraq qanunsuz sənədlər ləğv olunur. İnanaıram ki, bu, Azərbaycan qanunvericiliyinə və beynəxalq hüququn prinsiplərinə qarşı qanunsuz addımların da qarşısını alacaq. Ermənistanda fərqli olaraq Azərbaycan yaxın zamanlarda informasiya mübarizəsinə başlayıb. Və fəaliyyətimiz uğurlu nəticə əldə edəcək. Çünki Ermənistanda fərqli olaraq bizim mübarizəmiz həqiqət və ədalət üzərində qrulub”.
Tərcümə: S.Xankişiyeva