İlham Əliyev Qasım-Jomart Tokayevə telefonla zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qasım-Jomart Tokayevə telefonla zəng edib

17:14 - 10 / 06 / 2019
İlham Əliyev Qasım-Jomart Tokayevə telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Qasım-Jomart Tokayevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
621

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər