Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - YENİLƏNİB

13:45 - 11 / 06 / 2019
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

1news.az dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulandı, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirildi.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

11:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, xəbər yenilənəcək.

1news.az

 

Paylaş:
505

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər