İngiltərədə baş məşqçiyə 24 il həbs cəzası verildi

İngiltərənin "Southempton" və "Peterborough" klublarının gənclər komandalarının sabiq baş məşqçisi Bob Hiqqins həbs olunub.
1news.az Goal.az-a istinadən xəbər verir ki, o, yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi təcavüzə görə 24 il 6 ay azadlıqdan məhrum edilib.
Bildirilib ki, hər iki klubun akademiyasında olan 24 yeniyetmə təcavüzə məruz qalıb. 66 yaşlı məşqçi 1971-ci ildən 1996-cı ilə qədər 45 dəfə etdiyi hərəkətlərə görə ittiham olunub. Hiqqins ötən il başqa bir ittiham üzrə məhkum edilib.
Zərərçəkənlər məhkəmədə məşqçinin onlara etdikləri barədə danışıblar.
1news.az
1137