Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib – FOTO – VİDEO

15:35 - 19 / 06 / 2019
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib – FOTO – VİDEO

“Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərxan Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Hava Yolları”nın nümayəndə heyəti Cenevrədə CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı)  Ümumdünya Aeronaviqasiya Sammitində və 23-cü illik toplantısında iştirak etmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən,  CANSO-nun Qlobal Sammitində aviasiya sənayesinin dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəhbəri,  həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Hava Limanlarının Beynəlxalq Şurası (ACI), Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı (CANSO), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və ABŞ-ın Federal Aviasiya Administrasiyası  (FAA) kimi beynəlxalq təşkilatların liderləri iştirak etmişdirlər.

Tədbiri Cenevrə Respublikası və Kantonunun Dövlət Şurasının vitse-prezidenti Serj Dal Busko (Serge Dal Busco) açmışdır. Proqram çərçivəsində “Aviasiyada düşünülmüş liderlik” mövzusu üzrə əsas məruzəçilər Beynəlxalq Hava Nəqliyyati Assosiasiyasının (İATA) Baş Direktoru Aleksandr de Jyunyak (Alexandre de Juniac) və  Hava Limanlarının Beynəlxalq Şurası (ACI) Baş Direktoru Angela Qittens (Angela Gittens) çıxış etmişdirlər. Daha sonra İATA-ya üzv aviaşirkətlərin, ACI-ya üzv aeroportların və CANSO aeronaviqasiya təminatı provayderlərinin qrup müzakirələri keçirilmişdir.

AZAL tərəfindən Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətləri barədə videoçarxın təqdimatı keçirilmişdir:

Tədbirdə “CANSO-2020”-nin 2020-ci il iyunun 8-dən 12-dək Bakıda keçiriləcəyi rəsmən bəyan edilmişdir.

“Biz CANSO Qlobal Sammiti və 24-cü illik toplantısı üzrə AZAL-ın komandası ilə birgə işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan qlobal və regional hava nəqliyyatında əsas rol oynayır və dünyanın bir çox ölkələri və təşkilatları ilə möhkəm əlaqələrə malikdir. Beləliklə, bu bizim növbəti flaqman tədbirimiz üçün mükəmməl mühit olacaq. Hava hərəkətinin idarə edilməsi sahəsində ən son yeniliklərlə tanış olmaq üçün hamınızı 2020-ci ildə orada qarşılamağa səbirsizlənirəm” - CANSO-nun yeni təyin olunmuş Baş Direktoru Saymon Hokard (Simon Hocquard) bildirmişdir.

Xatırladaq ki, CANSO AGM-2020-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir..

CANSO-nun 24-cü sammitinin Bakıda keçirilməsi haqqında sazişi 2018-ci ilin sentyabrında AZAL Prezidenti Cahangir Əsgərov və CANSO-nun sabiq Baş Direktoru Cef Pul imzalamışdır.

“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.

Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.

S.Xankişiyeva

Paylaş:
825

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər