Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır

10:00 - 20 / 06 / 2019
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır

Dağlıq Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə biz onlarla birlikdə yaşamağa hazırıq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

İcma rəhbəri bildirib ki, erməni icması azərbaycanlılarla bir yerdə yaşamağı dərk etməyənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində sülh bərqərar olmayacaq: “Ona görə də biz bu mesajları çatdırmaqla onları başa salmaq istəyirik ki, bu münaqişədən daha çox ziyan görən elə erməni icmasıdır. Çünki onlar girov və əsarət altında saxlanılırlar”.

T.Gəncəliyev bildirib ki, erməni icması Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının bu cür mesajlarına reaksiya vermir: “Təəssüflər olsun ki, onlar bizim əlaqə yaratmaq, təmas qurmaq, dialoq aparmaqla bağlı fikirlərimizə reaksiya göstərmirlər. Bu da bir daha Ermənistanı və erməni icmasını nəzarətdə saxlayan Dağlıq Qarabağdakı qondarma rejimin nə qədər qeyri-konstruktiv mövqedə olduğunu göstərir”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər