Ermənistan Bakıda BMT-nin Forumunda iştirak etməyəcək

Ermənistan 24-26 iyun tarixlərində Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etməyəcək.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin("ASAN xidmət") sədri Ülvi Mehdiyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, BMT tərəfindən bütün üzv dövlətlərə dəvət göndərilib. Lakin Ermənistan iştirak üçün qeydiyyatdan keçməyib:
"Bizim tərəfimizdən heç bir məhdudiyyət yoxdur. Ev sahibi olaraq bütün içtirakçıların təhlükəsizliyini yüksək səviyyədə təmin edirik. 2003-cü ildən bu forum keçirilir. Müxtəlif ölkələr dövlət xidmətləri sahəsində öz layihələrini, konsepsiyalarını təklif edirlər, Ermənistan indiyə kimi bir layihə, konsepsiya ortaya qoya bilməyib. Bu ölkənin dövlət xidmətləri sahəsində heç bir fəaliyyəti yoxdur".
Pərvanə Sultanova