Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI

16:57 - 21 / 06 / 2019
Dünyanın ən təmizkar aviaşirkətləri - SİYAHI

"Skytrax" beynəlxalq təşkilatın aviasiya xidməti üzrə qiymətləndirilməsinə görə dünyada ən təmizkar aviaşirkət Tayvanın "EVA Air" şirkətidir.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, "EVA Air" reytində "Japan Airlines" və "ANA All Nippon Airways" şirkətlərini qabaqlayıb.

Siyahının 4-cü və 5-ci yerlərində müvafiq olaraq "Singapore Airlines" və "Asiana Airlines" aviaşirkətləri qərarlaşıb.

Bundan başqa, ən təmizkar aviaşirkətlərin reytinqinə "Hainan Airlines" (Çin), "Swiss International" (İsveçrə), "Cathay Pacific" (Honkonq), "Qatar Airways" (Qətər) və "Lufthansa" (Almaniya) daxil edilib.

Həmçinin, "Skytrax" 2019-cu ilin ən yaxşı büdcəsinə malik aviaşirkətlərin reytinqini dərc edib. Bu istiqamət üzrə Malayziyanın "AirAsia" şirkəti lider olub. Bundan başqa, "Skytrax" ən yaxşı hava yollarının siyahısını təşkil edib. Burada isə birinci yeri "Qatar Airways" şirkəti tutub.

1news.az

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər