Mərkəzi Bank depozit hərracı keçirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank depozit hərracı keçirəcək

10:33 - 21 / 06 / 2019
Mərkəzi Bank depozit hərracı keçirəcək

İyunun 24-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

1news.az xəbər verir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 150 000 000 (yüz əlli milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,51% - 8,49%-dir.

1news.az

 

Paylaş:
1948

Son xəbərlər

Bütün xəbərlər