Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb - FOTO

15:22 - 24 / 06 / 2019
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb - FOTO

Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.

Forum Heydər Əliyev Mərkəzində BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən çox nümayəndənin iştirak etdiyi builki foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

1news.az

Paylaş:
644

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər