Bu gün AŞPA-nın yay sessiyası başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün AŞPA-nın yay sessiyası başlayır

09:07 - 24 / 06 / 2019
Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayır.

1news.az xəbər verir ki, sessiyada təşkilata yeni baş katib seçiləcək, Parlament Assambleyasının səsvermə və etimadnamə prosesduru ilə bağlı dəyişikliklər, Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatı təqdim ediləcək.

Bundan əlavə, Qadınlara qarşı zorakılıq üzrə İstanbul konvensiyası: nailiyyətlər və çətinliklər, Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün Avropa Şurasının köməyi, Bolqarıstan ilə postmonitorinq dialoqu, Suriya probleminin siyasi həlli üçün perspektivlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, qurumdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərliyi Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etmək üçün Strasburqa səfər edib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Elşad Həsənov, Asim Mollazadə, Naqif Həmzəyev və Sabir Hacıyev daxildirlər.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın sosial komitənin rəy üzrə məruzəçisi kimi “Miqrant uşaqlara qarşı zorakılığın və istismarın qarşısının alınması mövzusunda” məruzə barədə fikirləri dinləniləcək, müzakirələr aparılacaq. 

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi də qeyd olunacaqdır.

P.S.

 

 

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər