Xarici dövlətlərin nümayəndələri Bakıda mükafatlandırıldı – FOTO

Bu gün Heydər Əliyev Mərkəzində öz işinə başlayan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Dövlət Xidmətlərinin mükafatlandırma mərasimi keçirilib.
1news.az xəbər verir ki, mərasimdə BMT-nin Baş katibinin iqsadi və sosial məsələlər üzrə müavini Liu Zenmin, BMT-nin Qadınlar Təşkilanın Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru xanım Alia El Yassir, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.
Daha sonra Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tayland, Kosta Rika, Koreya, Çili, Avstriya nümayəndələri mükafatlandırılıb.
Qeyd edək ki, Forumun təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-dir.
Forum iyunun 26-dək davam edəcək.
P.Sultanova