“Megafun” təkzib etdi: “Bizimlə heç bir əlaqəsi yoxdur” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Megafun” təkzib etdi: “Bizimlə heç bir əlaqəsi yoxdur”

15:19 - 25 / 06 / 2019
“Megafun” təkzib etdi: “Bizimlə heç bir əlaqəsi yoxdur”

Megafun Əyləncə Mərkəzi iyunun 22-də onunla bağlı mediada yayılmış xəbərlərlə bağlı məlumat yayıb.

Mərkəzdən 1news.az-a bildiriblər ki, insident uşaqların əyləndikləri və atrakssionların yerləşdiyi ərazidə olmayıb və Megafun Əyləncə Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. 

Belə ki, həmin insident ticarət mərkəzində yerləşən kafelərin birində müştəri tərəfindən dəvət olunan animatorun (janqlyorun) qeyri-peşakarlığı və ehtiyatsızlığı səbəbindən baş verib. 

“Bununla belə hadisə nəticəsində obyektdə quraşdırılmış avtomatik yanğınsöndürmə sistemi işə düşüb və yanğının baş verməsinə şərait yaradılmayıb. 

Hadisə barədə məlumatlandırılmış aidiyyatı dövlət qurumları operativ şəkildə obyektə baxış keçiriblər.

Hazırda Megafun Əyləncə Mərkəzi tam spektrda fəaliyyətini davam etdirir və öz müştərilərinin xidmətindədir”- deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, bəzi saytlarda iyunun 22-də Megafun Əyləncə Mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində 6 nəfərin xəsarət alması ilə bağlı xəbərlər yayılıb.

1news.az

Paylaş:
1307

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər