Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib – FOTO

17:28 - 25 / 06 / 2019
Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib – FOTO

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəldi.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verdi.

S.Xankişiyeva

Paylaş:
800

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər