Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

09:47 - 25 / 06 / 2019
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

İyunun 30-da dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 30 iyun 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=79 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

1news.az

Paylaş:
509

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər