Prezident İlham Əliyev əməkdar artistə ev bağışlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyev əməkdar artistə ev bağışlayıb

11:04 - 25 / 06 / 2019
Prezident İlham Əliyev əməkdar artistə ev bağışlayıb

Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.

1news.az-ın məlumatına görə, bu barədə əməkdar artist “Facebook” səhifəsində paylaşım edib:

“Möhtərəm Cənab Prezident.
Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Allah Sizi və Azərbaycanımızı qorusun!”

1news.az

Paylaş:
869

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər