Nazir havaların isti keçməsindən danışdı: “Bu, çox dramatik artımdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir havaların isti keçməsindən danışdı: “Bu, çox dramatik artımdır”

12:09 - 25 / 06 / 2019
Nazir havaların isti keçməsindən danışdı: “Bu, çox dramatik artımdır”

Dünən və bu gün Azərbaycanda hava çox isti olub. Havanın tempuraturu 37-38  dərəcəyə çatıb.  Son 20 ildə ilk dəfədir ki, iyun ayında Azərbaycanda belə yüksək tempuratur qeydə alınıb. Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür.

1news.az xəbər verir ki,  bunu Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun sessiyasında çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. O bildirib ki,  Azərbaycanın çox gözəl təbiəti var, 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Bunun müsbət tərəfləri ilə yanaşı, fəsadları da var.

Nazir deyib ki, son 30 il ərzində Azərbaycanda havanın orta illik temperatur  göstəricisi 1,4 dərəcə artıb. Hesab edirım ki, bu, çox dramatik artımdır. Bunun isə iqtisadiyyat sektorlarına təsirləri çox güclüdür.

Nazir əlavə edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsi 1,2 metr aşağı düşüb. Bu, Xəzəryanı ölkələr üçün ciddi məsələdir.

P.Sultanova

Paylaş:
589

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər