İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliğinə dair təlim keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliğinə dair təlim keçirilib

16:00 - 25 / 06 / 2019
İsmayıllıda sosial şəbəkələrdə Azərbaycan turizminin təbliğinə dair təlim keçirilib

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi İsmayıllı rayonunda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirib.

1news.az-ın məlumatına görə, Birliyin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində baş tutan təlimdə müxtəlif ali məktəblərdə təhsil alan, o cümlədən, turizm sahəsində işləyən 20 gənc, qonaq qismində isə QHT, KİV və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Təlimçi qismində jurnalist, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri Xaqani Səfəroğlunun çıxış etdiyi təlimdə Ermənistanla informasiya savaşı, eləcə də digər ölkələrlə turizm sahəsində rəqabət kontekstində turizmin təbliği yolları, bu məqsədlə mənbələr və araşdırma yolları sözügedən kateqoriyaya aid gənclərə izah edilib.

Tədbirin sonunda təlimi uğurla bitirmiş iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, yuxarıda sözügedən təlimdən başqa, layihə çərçivəsində artıq “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq”, “Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması” mövzularında təlimlər keçirilib. Bundan əlavə, turizm sahəsində təhsil alan gənclər və gənc mütəxəssislərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq üçün Masallıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlimlərin keçirilməsi, Şuranın dəstəyilə yaradılmış “Yenimedia.info” saytının Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənməsi və təkmilləşdirilməsi, həmçinin “Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı nəzərdə tutulur.

1news.az

Paylaş:
510

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər