Tramp Putinlə zarafatlaşdı – “Xahiş edirəm, seçkilərə qarışmayın” | 1news.az | Xəbərlər
Siyasət

Tramp Putinlə zarafatlaşdı – “Xahiş edirəm, seçkilərə qarışmayın”

15:52 - 28 / 06 / 2019
Tramp Putinlə zarafatlaşdı – “Xahiş edirəm, seçkilərə qarışmayın”

Bu gün Yaponiyanın Osaka şəhərində "G20" sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü başlamazdan öncə maraqlı hadisə yaşanıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, amerikalı jurnalistlər dövlət başçılarından görüş zamanı həmkarından ABŞ-dakı seçkilərə qarışmamağı tələb etməyi bildiriblər.

Tramp isə öz nəvbəsində belə deyib: "Əlbəttə, mən bunu edəcəm".

Daha sonra Tramp üzünü Putinə çevirərək gülümsəyərək iki dəfə təkrarlayıb: "Xahiş edirəm, seçkilərə qarışmayın".

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

1news.az

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər