Səfir: Birbaşa reysin açılması əlaqələrimizin inkişafında mühüm rol oynayacaq | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Birbaşa reysin açılması əlaqələrimizin inkişafında mühüm rol oynayacaq

14:48 - 02 / 07 / 2019
Səfir: Birbaşa reysin açılması əlaqələrimizin inkişafında mühüm rol oynayacaq

Azərbaycan iqtisadiyyatı şaxələnmə prosesindədir, islahatlar həyata keçirilir və bütün bunlar hindistanlı iş adamlarının ölkəyə marağını artırır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan-Hindistan iş adamlarının görüşündə çıxışı  zamanı Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq bildirib.

O deyib ki, Azərbaycan və Hindistan arasında tarixi və mədəni bağlara  əsaslanan səmimi dostluq əlaqələri qurulub:

“1992-ci ildə diplomatik əlaqələrin yaradılmasından bu günə qədər iki ölkənin münasibətləri sürətlə inkişaf edir. Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi ötən illərdə 920 milyon dollar təşkil edib və ticarət dövriyyəsinin artması üçün böyük potensial mövcuddur".

Səfirin sözlərinə görə, bu gün Hindistan bütün dünya ilə qlobal əlaqədədir. Ölkə dünyanın 6-cı ən güclü və ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir. Hindistanda iqtisadi artım 7 faiz təşkil edir.

Bavitlunq vurğulayıb ki, Azərbaycanla birbaşa hava reysinin açılmasının iki ölkənin iqtisadiyyatının inkişafı üçün mühüm rol oynayacaq: “İnsanlar arasında əlaqələrin artması vacibdir. Ötən il 40 min hindistanlı turist Azərbaycanı ziyarət edib. Eyni zamanda, son illər iki ölkə arasında səfərlərin sayı artıb”.

O qeyd edib ki, bu ilin sentyabrında Hindistan Sənaye Konfederasiyasından böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: "Azərbaycan və Hindistan arasında 2007-ci ildə imzalanan ticarət, iqtisadi və elmi komissiyanın yaradılması ilə bağlı saziş ilk ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verib". 

F.Əliyev qeyd edib ki, turizm Azərbaycan və Hindistan əlaqələrində prioritet sahələrdən biridir və açılan çarter reyslər də buna öz töhfəsini verir. Onun sözlərinə görə, iki ölkə arasında enerji və nəqliyyat sahəsində də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. 

AZPROMO-nun prezidenti Yusif Abdullayev rəhbərlik etdiyi qurumun prioritetlərindən birinin də Hindistanla əlaqələri inkişaf etdirmək olduğunu deyb. O, dünən baş tutmuş biznes forumu yüksək qiymətləndirib.

P.Sultanova

 

 

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər