“Xətai” stansiyası avqustda istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xətai” stansiyası avqustda istifadəyə veriləcək

15:41 - 02 / 07 / 2019
“Xətai” stansiyası avqustda istifadəyə veriləcək

"Bakı Metropoliteni"nin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Bu barədə 1news.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq stansiyada eskalatorlar quraşdırılıb:

"Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".

S.Xankişiyeva

 

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər