Mnatsakanyan Qarabağa gedir

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 4-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfəredəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
Naqdalyan qeyd edib ki, səfər zamanı o, Qarabağdakı separatçıların lideri Bako Saakyan, “parlamentin sədri” Aşot Qulyan, “xarici işlər naziri” Masis Mailyanla görüşəcək.
Mnatsakanyan separatçılarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə dair məsələləri müzakirə edəcək.
“Bu cür səfərlər müntəzəmdir və bir qayda olaraq Azərbaycan xarici işlər naziri ilə görüşdən əvvəl və sonra keçirilir.
“Bu, Xankəndinin maksimum dərəcədə danışıqlar prosesinə cəlb olunması üçün həyata keçirilir”.
Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri - Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda görüşüblər.
P.S.