Meteoroloqlardan isti hava XƏBƏRDARLIĞI | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan isti hava XƏBƏRDARLIĞI

12:50 - 03 / 07 / 2019
Meteoroloqlardan isti hava XƏBƏRDARLIĞI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı bildirilib ki, Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 4-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 4-də Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1news.az

Paylaş:
207

Son xəbərlər

Bütün xəbərlər