Bakıda Kolumbiya musiqisi gecəsi keçirilib

Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda Kolumbiya musiqisi gecəsi keçirilib.
1news.az xəbər verir ki, tədbirdə bu öıkənin populyar “Puerto Candelaria” klubu çıxış edib. Konsert "Puerto Candelaria" qrupunun Avropa turnesi çərçivəsində baş tutub. Musiqiçilər Azərbaycandan sonra Türkiyə, Polşa, Rusiya, Portuqaliya, İrlandiya və Macarıstanda səhnəyə çıxacaqlar.
Latın Amerikası xalqlarının musiqilərini ifa edən kollektivin bir neçə uğurlu albomu (“Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia” və s.) buraxılıb və dünyanın bir çox ölkələrinə qastrol səfərləri olub.
“Puerto Candelaria” qrupunun konserti böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərlərindən və bu ölkənin incəsənət nümunələrindən ibarət sərgi açılıb.
P.Sultanova