Alxanlı faciəsi: Zəhranın qətlindən 2 il ötür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Alxanlı faciəsi: Zəhranın qətlindən 2 il ötür – FOTO

11:44 - 04 / 07 / 2019
Alxanlı faciəsi: Zəhranın qətlindən 2 il ötür – FOTO

Azyaşlı Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən iki il ötür.

2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Ermənilərin Alxanlıda törətdiyi qanlı cinayət dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub. Məlum hadisə ilə bağlı bir çox ölkələrdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, bu, ermənilər tərəfindən günahsız azərbaycanlı uşaqların öldürülməsi faktı ilk dəfə deyil. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 uşaq ermənilər tərəfindən qətlə yetirilib, minlərlə uşaq yaralanıb.

S.Xankişiyeva

 

 

 

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər