Mnatsakanyan Qarabağda separatçıların lideri ilə görüşüb

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, Qarabağdakı separatçıların lideri Bako Saakyanla görüşüb. Görüşdə qondarma “DQR”in “xarici işlər naziri” Masis Mailyan da iştirak edib.
Mnatsakanyan separatçılarla bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə dair məsələləri müzakirə edib.
P.S.
614