“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü – FOTO

17:25 - 08 / 07 / 2019
“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü – FOTO

Ölkənin ən geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəyə malik “Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb.

Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri “Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər. Qeyd edək ki, “Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, ölkə əhalisinin isə 70%-dən çoxunu əhatə edir. Ölkə boyu baza stansiyalarının sayını artıran mobil operator, 2019-cu il ərzində ümumilikdə 380-dən çox yeni LTE texnologiyasına əsaslanan baza stansiyası, 50-dən çox isə 3G texnologiyasına əsaslanan baza stansiyası quraşdırıb. Hazırda 3G texnologiyalı baza  stansiyalarının sayı 2600-ü ötüb.  Mobil operatorun 4G şəbəkəsi ilə təmin edilən bölgələrinin sayı isə 50-dən çoxdur.

“Artıq həyatımızı internetə təhlükəsiz və sürətli bağlantı olmadan təsəvvür etmək çətindir. Ölkənin ən gənc mobil operatoru olaraq, abunəçilər tərəfindən sərfəli təkliflərimiz, yüksəkkeyfiyyətli və sürətli LTE şəbəkəmizə görə seçilmək bizi sevindirir. Yüksəkkeyfiyyətli LTE şəbəkəmizin sürətlə genişlənməsi sayəsində bu il 4G istifadəçilərimizin sayı 700 minə çatdı. Bundan başqa, “Nar”-ın tarixində əlamətdar bir hadisəni – Samux rayonunda 2000-ci 4G baza stansiyasının quraşdırıldığını elan etmək bizə qürur verir. Uzunmüddətli inkişaf strategiyamızın bir hissəsi kimi LTE şəbəkəsini paytaxtla yanaşı, regionlarda da genişləndirməyə və abunəçilərimizi rəqəmsal dünyanın üstünlükləri ilə təmin etməyə davam edəcəyik”, - deyə “Nar”-ın Baş icraçı direktoru Qunnar Panke bildirib.

“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.

Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Reklam hüququnda

 

Paylaş:
627

Son xəbərlər

“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19
Bütün xəbərlər