Bakıda “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans başlayıb

ADA Universitetində Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans başlayıb.
1news.az xəbər verir ki, tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov, digər dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri iştirak edirlər.
Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.
P.S.
486