UNESKO-nun Dünya İrs Siyahısına daxil edilən nümunələrin sayı 1121-ə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

UNESKO-nun Dünya İrs Siyahısına daxil edilən nümunələrin sayı 1121-ə çatıb

11:41 - 08 / 07 / 2019
UNESKO-nun Dünya İrs Siyahısına daxil edilən nümunələrin sayı 1121-ə çatıb

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 8-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

1news.az xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ötən günlər ərzində keçirilən müzakirələrlə bağlı məlumat verib.

Nazir bildirib ki, ötən müddətdə Bakı sessiyasında 29 nominasiya UNESKO-nun siyahısına salınıb, bir fayl geri götürülüb. Bununla da UNESKO-nun Dünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb.

Bildirilib ki, bu gün Keniyanın qədim Lamu şəhəri ilə bağlı fayla ediləcək dəyişikliklər müzakirə olunacaq. Bununla bağlı müzakirələrin əvvəl də edildiyi bildirilib.

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) nümayəndəsi təqdim olunan faylla bağlı hesabat verib, sonra müzakirələr aparılıb.

Üzv dövlətlərin nümayəndələri tövsiyə ediblər ki, Keniya bu nominasiyaya düzəlişlər edərək 44-cü sessiyaya yenidən təqdim etsin.

Qeyd edək ki, qədim Lamu şəhəri 2001-ci ildən UNESKO-nun Dünya İrs Siyahısında yer alıb. Lakin şəhərlə bağlı ölkənin üzərinə götürdüyü öhdəliklər tam həllini tapmadığından bu məsələyə yenidən baxılması zərurəti yaranıb.

Sonra sessiyada iqlim dəyişiklikləri ilə bağlı komitənin təqdim etdiyi sənəd, eyni zamanda, konvensiyanın bəzi qərarlarına dəyişikliklər müzakirə olunub. Təkliflər nəzərə alınmaqla bəzi dəyişikliklər təsdiq edilib.

Sessiya işini davam etdirir.

1news.az

 

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər