Bu ilin 6 ayında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu ilin 6 ayında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərib

17:22 - 09 / 07 / 2019
Bu ilin 6 ayında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərib

Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin  dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil etmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur.

Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olmuşdur.

Göstərilən müddət ərzində baza aviadaşıyıcıları -  AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşımışdır. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 57 min nəfər çoxdur.

Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 milyon təşkil etmişdir ki, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi “Buta Airways”in payına düşmüşdür. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz təşkil etmişdir.

Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyun ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxil olmuşdurlar.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilmişdir.

S.Xankişiyeva

 

 

Paylaş:
422

Son xəbərlər

Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22
Bütün xəbərlər