Donald Tuskun Azərbaycana səfəri başlayıb

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.
1news.az xəbər verir ki, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Qeyd edək ki, bu gün Tusk rəsmi görüşlər keçirəcək. Səfər bir gün davam edəcək.
1news.az
708