Smart Conversion texnogiyası ilə təchiz olunmuş Samsung soyuducuları ilə məhsulların saxlanılması təmamilə sizin əlinizdə
Dünyanın ən böyük soyuducusunun uzunluğunun 27 kilometr olub, nəhəng adron kollayderi ilə keçirilən təcrübələr və “Böyük Parlayış” şəraitində yenidən yaradılış üçün istifadə ediləcəyini bilirdiniz?
Qeyd edilən qədər böyük olmasa da, hər bir xanım daha çox məhsul yerləşdirilməsi üçün həcmli soyuducu sahibi olmağı xəyal edir. Bol çeşidli məhsullardan hər gün cürəbəcür dadlı təamlar hazırlamaq və yaxınlarını sağlam qidalarla təmin etmək hər ananın istəyidir, lakin hər gün bazarlıq etməyə vaxt ayırmaq olduqca çətindir. Bu səbəbdən Samsung hər kəsə soyuducu daxilində saxlama azadlığı bəxş edən Smart Conversion texnologiyasını təqdim edir. Qeyd edilən bu texnologiya ilə siz tələblərinizdən asılı olaraq bir neçə işləmə rejimindən birini seçə bilərsiniz. Buna misal olaraq bazarlıqdan qayıdarkən bütün məhsulları yerləşdirmək üçün dondurucu kameranı rahatlıqla saxlama kamerasına çevirə bilərsiniz. Və ya dondurulmuş məhsulları saxlamaq ehtiyacı duymadıqda kameranı tamamilə sondurərək elektrik enerjisi sərfiyyatına qənaət edə bilərsiniz. Əlavə olaraq həm də “Mini fridge” rejimindən də yararlanmaq mümkündür ki, bu, sizə uzaq səfərə çıxdıqda sadəcə dondurucu kameranı yanılı saxlayaraq əsas kameranı söndürmə imkanını yaratmış olur.
Samsung soyuducularının sözügedən saxlama rahatlığı ilə yanaşı həm də kameraların ayrı ayrılıqda soyudulması sisteminin intellektual idarə edilməsi təmin edilmişdir. Yeni modifikasiya ilə bir neçə kombinasiya yaradaraq siz hər “mərtəbədə” tələb olunan mikro iqlimi tənzimləyib məhsulların daha uzun müddət təravətli və təzə qalmalarına nail ola bilərsiniz. Twin Cooling Plus adlanan bu texnologiya hər kamera üçün iki ayrı soyutma konturu yaradır. Nəticədə, iki müstəqil hava axını kameradaxili hərarəti və optimal rütubəti tənzimləməyə kömək edir. Belə yanaşma sayəsində dondurucu kameradan daxili kameraya və əksinə qoxuların yayılmasının qarşısı alınır.
Həmçinin, bu texnologiyanın köməyi ilə soyuducu kamera daxilində 75% rütubətin təmin olunması təşkil edilmişdir. Qeyd edək ki, əvvəlki modellərdə bu göstərici 25% təşkil edirdi. Rütubətin yüksək olması məhsulların daha uzun müddət ilk günkü kimi təravətli qalmalarına kömək edir.
Sözügedən yeniliklərlə təchiz olunmuş Samsung soyuducuları ilə siz yay boyunca, hətta istirahət günlərində şəhər kənarına səfərə çıxdığınızda, sevdiyiniz meyvə və giləmeyvələrdən xarab olmalarından qorxmadan zövq ala biləcəksiniz.
Smart Conversion texnologiyalı Samsung soyuducuları haqqında əlavə məlumatlar Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalarından əldə edilə bilər.
Reklam hüququnda