Təhsil naziri: Müəllimlik peşəsi çox rəqabətli peşəyə çevrilir

İyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir. Bu il elektron ərizələri qeydiyyatdan keçən müəllimlərin sayı 56 mindən çox olub.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir:
“Test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur. Hazırda hər gün orta hesabla 3200-ə yaxın müəllim test imtahanı verir. Hazırda bütün ölkə üzrə orta məktəblərin vakant yerlərinin sayı dəqiqləşdirilir. Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq.
Namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq. Çünki son illərdə təhsilin inkişafı üzrə strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur və müəllimlik peşəsinin çox rəqabətli peşəyə çevrilməsinin şahidiyik”.
P.Sultanova