Astarada “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Astarada “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib - FOTO

21:55 - 13 / 07 / 2019
Astarada “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib - FOTO

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyulun  12-də Astara şəhərində “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirib. 

“Şindan Hotel”in konfrans zalında keçirilən tədbirə Cənub  bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  xəbər istehsalçılarının  “Şəxsi həyat” barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları  problemlidir: “Xüsusi kateqoriyalı fərdi məlumatlar”ın, onun mühüm qollarından  olan “Şəxsi həyat”ın  qorunması modern dünyada  insan hüquqlarının ən önəmli  prinsiplərindən  biri, həmçinin, onlayn medianın trend problemlərindən biri  kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi  “Şəxsi həyatın qorunması”nı ehtiva edir.  Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də “şəxsi həyat”a  aid informasiyaların qorunmasına, ona hörmətlə  yanaşılmasına təminat verir.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri  başqalarının “şəxsi həyat” prinsipini pozmağa  görə  cinayət məsuliyyətini  nəzərdə tutur.  Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis “Fərdi məlumatların qorunması” adlı əlahiddə qanun da qəbul edib. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» nın 3-cü Prinsipi də “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”  mövzusuna  həsr edilib.

Amma internetin sürətli inkişaf etməsi ilə   bu sahədə problemlər də ortaya çıxıb,  “Şəxsi həyat”ın  qorunması mövzusu    aktuallaşıb. Sosial şəbəkələr ,  “Şəxsi həyatın qorunması” və digər bu kimi  prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb.  “İnternet dövründə şəxsi həyatın qorunmasını necə təmin etməli?” sualı  qlobal səviyyəli müzakirələrin mövzusuna çevrilib. Problemin aradan qaldırılması üçün  beynəlxalq təşkilatlar bir sıra modelləri müzakirəyə çıxarıblar.  Keçirdiyimiz seminarlarda iştirakçılara bu problemin  aradan qaldırılması yolları barədə məlumat verilir”

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV” adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə  çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə seminar iştirakçılarını məlumatlandırıb.

Paylaş:
725

Son xəbərlər

“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19
Bütün xəbərlər