Sabah Ay tutulacaq

Sabah bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu təbiət hadisəsi iyulun 17-də saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.
S.Xankişiyeva
536