Bu qidalar kişilərə ziyandır - alimlərdən xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu qidalar kişilərə ziyandır - alimlərdən xəbərdarlıq

14:01 - 16 / 07 / 2019
Bu qidalar kişilərə ziyandır - alimlərdən xəbərdarlıq

Harvard universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

1news.az ölkə.az-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə əsasən, pizza, burqer və çips  kişilərə ziyandır. Bu qidalardan tez-tez istifadə edən kişilərin spermatozoidlərinin keyfiyyəti kifayət qədər aşağı düşür.

Alimlər müəyyən ediblər ki, düzgün qidalanmayan kişilərdə bu problem ciddiləşir. Ümumdünya Səhiyyə Təşkilatı isə hesab edir ki, bu göstəricilər sonsuzluğa səbəb olur.

Qeyd edək ki, bir müddət əvvəl aparılan təcrübə tez-tez qırmızı ət, yağ və şirin içkilər qəbul etməyin piylənməyə, diabetə və xərçəngə səbəb olduğunu üzə çıxarmışdı.

1news.az

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər