Bakıda Hindistan Film Festivalı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Hindistan Film Festivalı başlayır

15:18 - 17 / 07 / 2019
Bakıda Hindistan Film Festivalı başlayır

23-29 iyul tarixlərində Bakıda Hindistan Film Festivalı keçiriləcək.

1news.az xəbər verir ki, festivalı Hindistanın Azərbaycandakı səfirliyi Bakı Gənclər Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edir.

Hindistan səfirliyinin məlumatına görə, festivalda hər gün hind filmləri nümayiş olunacaq. Bu ölkənin rəngarəng mədəniyyəti ilə yaxından tanış olmaq istəyən hər kəs tədbirə dəvətlidir.

İştirak ödənişsizdir.

23 iyul15:00-da Bakı Gənclər Mərkəzində ilk filmin nümayişində Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavintlunq da iştirak edəcək.

Filmlər hind dilində, ingilis dili altyazı ilə təqdim olunacaq.

P.Sultanova

 

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər